satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda 250 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB

Hindistanda 250 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb<font color='red'> - YENİLƏNİB</font>

Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.

NTV  xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan təyyarə “Air India” aviaşirkətinə məxsusdur.

Hadisə yerindən çəkilmiş videogörüntülərdə yerdən qatı tüstünün qalxdığı görünür.

Çoxlu sayda təcili yardım maşını hadisə yerinə gəlib. Polis həmin ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırıb.

“News18” telekanalının məlumatına görə, qəzaya uğrayan təyyarə göyərtəsində təxminən 250 sərnişinin olduğu “Boeing 787-8 Dreamliner” təyyarəsidir.

Hadisənin təyyarə Londona uçarkən baş verdiyi ehtimal olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM