satellite   Azerspace-1: 11135 H 30000

Adanada yanğınsöndürən təyyarə qəzaya uğrayıb, pilotlar xəsarət alıb

Adanada yanğınsöndürən təyyarə qəzaya uğrayıb, pilotlar xəsarət alıb

Türkiyənin Adana şəhərində meşə yanğınını söndürməyə yollanan təyyarə Seyhan gölü üzərində qəzaya uğrayıb.

NTV-nin məlumatına görə, bu barədə “Habertürk TV” telekanalına bölgənin valisi Yavuz Selim Köşger bildirib.

Hadisə nəticəsində pilotlar xəsarət alıblar.

"Yanğınsöndürən təyyarənin qəzaya uğraması nəticəsində iki pilot xəsarət alıb. Şəhərdəki meşə yanğınını söndürməyə yollanan təyyarə su götürmək üçün Seyhan gölü üzərində olarkən qəzaya uğrayıb", - o bildirib.

O qeyd edib ki, ekipaj dəniz polisi əməkdaşları tərəfindən sahilə çıxarılıb. Biri xarici vətəndaş olan iki pilotun səhhəti yaxşıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM