satellite   Azerspace-1: 11135 H 30000

Bursada zəlzələ olub

Bursada zəlzələ olub

Bu gün yerli vaxtla saat 11:47 və 12:57-də Türkiyənin Bursa vilayətində 3,9 və 4,2 bal gücündə iki zəlzələ baş verib.

NTV xəbər verir ki, İstanbul da daxil olmaqla, bir çox bölgədə hiss edilən yeraltı təkanların episentri Bursanın Gemlik rayonudur.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələlərin ocağı yerin 9,82 və 10,14 kilometr dərinliyində qeydə alınıb.

Ölkənin daxili İşlər naziri Ali Yerlikaya verdiyi açıqlamada bildirib ki, zəlzələ ilə bağlı olaraq AFAD və digər aidiyyəti qurumlar sahə yoxlamalarına başlayıblar. Hazırda hansısa mənfi hal qeydə alınmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM