satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq

Ərdoğan: Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq

Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq.

NTV-nin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə Böyük Millət Məclisində “Zəfərin adı Türkiyə” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, FETÖ-çülərin Türkiyəni çevirmək istədikləri bataqlıq xalq tərəfindən qurudulub:

“Bir tərəfdə xalqımız qəhrəman şəkildə mübarizə apararkən, digər tərəfdə “artıq gecdir”, “bu, tamaşadır” deyərək xalq arasında çaxnaşma yaratmağa çalışılırdı. “Birindən nur axar, birindən kir” misralarının reallığını həmin gecə gördük. Bütün bu baş verənlər xalqın yaddaşından silinməyib və silinməyəcək. 15 iyul qələbəsinə kölgə salmağa çalışanlar daim utanc hissi ilə xatırlanacaq”.

Türkiyə Prezidenti vurğulayıb ki, Türkiyə tezliklə layiq olduğu yeri alacaq, terrorsuz Türkiyə bölgədə sabitliyin təməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM