satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı İtaliyaya xəbərdarlıq edib

Avropa İttifaqı İtaliyaya xəbərdarlıq edib

Avropa İttifaqı “UniCredit SpA”nın “Banco BPM”i satın alması ilə bağlı tələblərə görə İtaliyaya xəbərdarlıq edib.

NTV xəbər verir ki, İtaliya hökuməti satınalma prosesində milli şərtlər tətbiq etməklə Aİ qanunlarını pozmaqda ittiham olunur. Avropa Komissiyası İtaliyanın “qızıl güc” tətbiqinin Aİ-nin birləşmə qaydalarını poza biləcəyini, rəsmi Romanın mövqeyinin kifayət qədər əsaslandırılmadığını bildirib.

Avrokomissiyaya görə, hökumətin mövqeyi Aİ qanunvericiliyinin kapitalın hərəkət azadlığı və Avropa Mərkəzi Bankının prudensial nəzarəti kimi digər müddəaları ilə uyğun gəlmir.

Qeyd olunub ki, İtaliya hökuməti satınalma prosesini qəbul etməzdən əvvəl öz yanaşmasını nəzərdən keçirməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM