satellite   Azerspace-1: 11135 H 30000

Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb

Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb

Hazırda Qazaxıstanın dəmir yolları ötürücülük qabiliyyəti normasında fəaliyyət göstərir.

 

Bunu ölkənin Baş naziri Oljas Bektenov bildirib.

NTV Qazaxıstanın Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, son 5 ildə ümumi tranzit həcmi 50 faiz artıb, Trans-Xəzər marşrutu üzrə isə 6 dəfə çoxalıb. Təkcə ötən il Çindən Avropaya daşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Hazırda Çinlə sərhəddə dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması üçün genişmiqyaslı işlər aparılır.

“Bu il Dostıq–Moyıntı dəmir yolu xəttində ikinci yolu və Almatı ətrafında dairəvi yolu istifadəyə verəcəyik. Gələn il isə Darbaza–Maxtaral xəttinin inkişafını davam etdirəcəyik. Moyıntı–Kızıljar, Baxtı–Ayaqoz layihələri isə yaxın perspektivdə ötürücülük qabiliyyətimizi 10 milyon tona qədər artırmağa imkan verəcək”, – deyə hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin ilə Avropa ölkələrini Qazaxıstan ərazisindən, Xəzər dənizi hövzəsindən, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə birləşdirir

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM