satellite   Azerspace-1: 11135 H 30000

Rusiya FHN: Mi-8 helikopterinin qəzaya uğradığı yerdən 5 nəfərin meyiti tapılıb - YENİLƏNİB 2

Rusiya FHN: Mi-8 helikopterinin qəzaya uğradığı yerdən 5 nəfərin meyiti tapılıb<font color='red'> - YENİLƏNİB 2</font>

Xabarovsk diyarında Mi-8 helikopterinin qəzaya uğradığı yerdən 5 nəfərin meyiti aşkar edilib.

NTV xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkənin Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.

"Rusiya FHN-in xilasediciləri istintaq orqanlarının nümayəndələri ilə birlikdə qəza yerində araşdırma aparacaq və qara qutular oxunacaq", - qurumun mətbuat xidmətindən bildirilib.

İyulun 14-də “Vzlet” aviaşirkətinə məxsus Mi-8 helikopteri Oxotsk kəndindən Maqadana uçarkən radardan itib. Helikopterdə üç ekipaj üzvü və iki texniki işçi olub. Onlar təmir işlərini bitirdikdən sonra təyinat yerinə uçurmuşlar.

07:34

Rusiyanın Xabarovsk diyarında itkin düşən Mi-8 helikopterindəki 5 nəfərin hamısı həlak olub.

NTV xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, təyyarə uçuş zamanı təpəyə çırpılıb və heç kim sağ qalmayıb.

Bölgə İstintaq Komitəsi iki və ya daha çox insanın ölümü ilə nəticələnən təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.

06:28

Rusiyanın Xabarovsk diyarının Oxotsk kəndindən Maqadana gedərkən itkin düşən helikopter tapılıb.

NTV  xəbər verir ki, bu barədə TASS-a Uzaq Şərqin əməliyyat xidmətlərindən bildirilib.

Göyərtədə olan beş nəfərin vəziyyəti barədə məlumat verilmir.

İyulun 15-də “Vzlet” aviaşirkətinə məxsus Mi-8 helikopteri Oxotsk kəndindən Maqadana uçarkən itkin düşüb. Helikopterdə üç ekipaj üzvü və iki texniki işçi olub. Onlar təmir işlərini bitirdikdən sonra təyinat yerinə uçurmuşlar.

"Rosaviasiya" pis hava şəraiti ilə əlaqədar axtarışları dayandırmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM