satellite   Azerspace-1: 11135 H 30000

PUA hücumu nəticəsində İraq Kürdüstanında neft yataqlarının fəaliyyəti dayanıb

PUA hücumu nəticəsində İraq Kürdüstanında neft yataqlarının fəaliyyəti dayanıb

Artıq üçüncü gündür ki, İraq Kürdüstanının bir neçə neft yatağı PUA hücumuna məruz qalır. Bu gün baş vermiş təkrar hücum nəticəsində Zaxu regionundakı Tavki və Pişxabur yataqlarına böyük zərər dəyib, nəticədə yataqlar fəaliyyətini dayandırıb.

NTV İraq xəbər agentliyinə istinadla bildirir ki, bu barədə İraq Kürdüstanı regionunun Təbii Ehtiyatlar Nazirliyinin açıqlamasında deyilir.

“Əl-Arabiyyə” telekanalı xəbər verir ki, yataqlar Norveçin DNO şirkəti tərəfindən idarə olunur. Şirkətdən bildiriblər ki, zərərin qiymətləndirilməsi üzrə aparılan təhqiqat bitən kimi quyuların fəaliyyətinin bərpa olunması gözlənilir.

Bildirilir ki, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani hadisə ilə bağlı araşdırmanın başlaması barədə göstəriş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM