satellite   Azerspace-1: 11135 H 30000

Tramp Birləşmiş Ştatların UNESCO-dan çıxmasına qərar verib

Tramp Birləşmiş Ştatların UNESCO-dan çıxmasına qərar verib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxmasına qərar verib.

NTV xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibinin müavini Anna Kelli məlumat verib.

O deyib: “Prezident Tramp ABŞ-ı mübahisəli, bölücü mədəni və sosial layihələri dəstəkləyən təşkilat olan UNESCO-dan çıxarmaq qərarına gəlib. Bu layihələr amerikalıların noyabrda səs verdiyi sağlam düşüncə siyasətinə tamamilə ziddir”.

ABŞ mediasının yazdığına görə, Ağ ev qiymətləndirmə apardıqdan sonra belə qənaətə gəlib ki, UNESCO daha çox “Fələstin və Çini dəstəkləyən” yanaşma nümayiş etdirir.

Kelli əlavə edib: “Prezident həmişə Amerikanın maraqlarını üstün tutacaq və ölkənin milli maraqlarına cavab verən bütün beynəlxalq təşkilatların üzvü olaraq qalmasını təmin edəcək”.

Fevral ayında Tramp öz administrasiyasına ABŞ-ın UNESCO-da üzvlüyünün davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı 90 günlük araşdırma aparmağı tapşırmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM