satellite   Azerspace-1: 11135 H 30000

Leysan yağışları Gürcüstanın qərb bölgəsində ciddi problemlər yaradıb - FOTOLAR

Leysan yağışları Gürcüstanın qərb bölgəsində ciddi problemlər yaradıb<font color=red> - FOTOLAR</font> Leysan yağışları Gürcüstanın qərb bölgəsində ciddi problemlər yaradıb<font color=red> - FOTOLAR</font> Leysan yağışları Gürcüstanın qərb bölgəsində ciddi problemlər yaradıb<font color=red> - FOTOLAR</font>

Gürcüstan ərazisində yağan güclü leysan yağışları ölkənin xüsusən qərb bölgəsində ciddi problemlər yaradıb.

NTV xəbər verir ki, dünən gecə saatlarında yağan güclü yağış Gürcüstanın Lentexi, Tsageri, Adigeni və Çoxatauri bələdiyyələri, eləcə də Baxmaro kurort zonasında ciddi fəsadlara səbəb olub.

Lentexidə yağıntılar torpaq sürüşmələrinə yol açıb, nəticədə avtomobil yolları və körpülər zədələnib. Fəlakət zonasında çarəsiz qalan turistlər xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə edib.

Ən böyük zərər Adigeni Bələdiyyəsində qeydə alınıb. Meriyanın məlumatına görə, bir neçə kənddə yaşayış evləri və mal-qara tövlələri su altında qalıb və zədələnib, heyvanlar tələf olub, yol infrastrukturu sıradan çıxıb. Kənd təsərrüfatı sahələri isə tamamilə məhv olub. Zərər çəkmiş ailələr təhlükəsiz ərazilərə köçürülüblər.

Hazırda ərazidə xüsusi texnika və bütün aidiyyəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması ilə məşğuldur.

Tsageri bələdiyyəsində, xüsusilə Laşiçala kurortuna gedən yolda çay daşaraq avtomobil körpüsünü zədələyib. Nəticədə kurorta hərəkət məhdudlaşıb və yolun bərpası istiqamətində işlər davam edir.

Baxmaro kurort zonasında yağan güclü yağış çayın məcrasından çıxmasına səbəb olub. Daşan çay Baxmaro kurort zonasına gedən mərkəzi yolda fəsadlar yaradıb, nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Çoxatauri Bələdiyyəsinin Zot kəndində güclü yağış nəticəsində yaranan torpaq sürüşməsi 8 ailənin kəndə giriş-çıxış yolunu bağlayıb.

Hazırda kənddə hərəkət məhdudlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM