Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsinin qalıqları tapılıb.
NTV xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Bildirilib ki, sərnişin təyyarəsinin qalıqları Tındadan 15 kilometr məsafədə aşkar edilib.
Qeyd edək ki, “Rosaviasiya”nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.
