satellite   Azerspace-1: 11135 H 30000

Göyərtəsində 186 sərnişin olan Niderland təyyarəsi Hamburq aerportuna təcili eniş edib

Göyərtəsində 186 sərnişin olan Niderland təyyarəsi Hamburq aerportuna təcili eniş edib

Niderlandın milli hava yolu şirkətinə məxsus sərnişin təyyarəsi Hamburq aeroportuna məcburi eniş edib.

NTV "Spiegel" qəzetinə istinadla xəbər verir ki, pilotlar təyyarənin salonunda tüstülənmə aşkarladıqdan sonra təcili eniş barədə qərar qəbul ediblər.

Stokholm–Amsterdam aviareysi ilə hərəkət edən təyyarənin göyərtəsində 186 sərnişin olub. Təyyarə təhlükəsiz şəkildə eniş etdikdən sonra sərnişinlər dərhal təxliyə olunub və terminala aparılıb.

Hava limanının yanğınsöndürmə xidməti hadisə ilə əlaqədar cəlb olunub. Tüstülənmənin səbəbi və miqyası ilə bağlı hələlik məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM