satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə temperatur 50 dərəcəni keçib

Türkiyədə temperatur 50 dərəcəni keçib

İyulun 25-də Türkiyədə yeni temperatur rekordu qeydə alınıb.

NTV xəbər verir ki, ölkənin cənub-şərqindəki Şırnak vilayətinin Silopi rayonunda termometrlər 50 dərəcədən yuxarı temperatur göstərib. Bu, meteoroloji müşahidələr tarixində qeydə alınmış ən yüksək göstəricidir.

Ölkənin bir çox vilayətinin yerli hakimiyyət orqanları əhalini zərurət olmadıqca çölə çıxmamağa çağırıb.

Ankara da daxil olmaqla, onlarla şəhərdə temperatur 40 dərəcədən yuxarı olub.

Meteoroloqlar bildirirlər ki, ölkə üzrə temperatur mövsümi normanı 7-12 dərəcə üstələyir. Havanın soyuması iyulun 31-dən sonra proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM