satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada sərnişin qatarı relsdən çıxaraq aşıb, ölən və yaralananlar var

Almaniyada sərnişin qatarı relsdən çıxaraq aşıb, ölən və yaralananlar var

Almaniyanın Baden-Vürttemberq əyalətində ağır dəmir yolu qəzası baş verib.

NTV yerli mediaya istinadla xəbər verir ki, qəza nəticəsində qatarın bir neçə vaqonu resdən çıxaraq aşıb.

DPA agentliyi qəza nəticəsində bir neçə nəfərin həlak olması, xeyli sərnişinin xəsarət alması barədə məlumat yayıb.

“Alman Dəmir Yolları” (Deutsche Bahn) şirkətinə məxsus qatarda 100-dək sərnişinin olduğu bildirilir.

Hadisə yerində polis, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub, genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirilir.

Qəzanın baş vermə səbəbləri araşdırılır. Hadisədən əvvəl bölgədə güclü qasırğa baş verib. Buna görə də qəzaya qasırğanın və ya relsə aşan ağacların səbəb ola biləcəyi ehtimalı araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM