satellite   Azerspace-1: 11135 H 30000

Kaliforniyada şəxsi təyyarə okeana düşüb, üç nəfər ölüb

Kaliforniyada şəxsi təyyarə okeana düşüb, üç nəfər ölüb

Kaliforniyada Pasifik-Qrouv rayonunda üç nəfərin olduğu özəl təyyarə qəzaya uğrayıb.

NTV-nin  NBC-yə istinadən məlumatına görə, onlardan heç biri sağ qalmayıb.

"Beech 95-B55 Baron" hava gəmisi Sakit okean sahilində Point-Pinos mayakının yaxınlığında okeana düşüb. N8796R reysi San-Karlos hava limanından qalxıb və Monterey regional hava limanına gedirmiş.

Qəzadan sonra axtarış-xilasetmə əməliyyatı başlayıb. Axtarışlara sahil mühafizəsinin helikopteri cəlb edilib.

Təcili yardım xidmətləri təyyarədə olan üç nəfərin hamısının öldüyünü təsdiqləyib. Sahil mühafizəsi ilk qurbanın səhər tapıldığını bildirib. Digər iki cəsəd gündüz tapılıb.

Təyyarədə olan şəxslərin adları açıqlanmır.

Qəzanın səbəbi araşdırılır. Təyyarənin qalıqları qayalara və sahilə atılıb.

Yerli hakimiyyət orqanlarının qiymətləndirmələrinə görə, təyyarə sahildən təxminən 200-300 metr məsafədə suya düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM