satellite   Azerspace-1: 11135 H 30000

Pakistan polisi çinli mühəndisi qətlə yetirən terrorçuları zərərsizləşdirib

Pakistan polisi çinli mühəndisi qətlə yetirən terrorçuları zərərsizləşdirib

Bazar ertəsi, iyulun 28-də Pakistan rəsmiləri bildiriblər ki, 2024-cü ilin noyabrında çinli mühəndislərə hücumun təşkilatçısı da daxil olmaqla, üç terrorçu Kəraçinin Manqopir bölgəsində keçirilən antiterror əməliyyatı zamanı öldürülüb.

NTV Pakistanın “Daun” qəzetinə istinadla xəbər verir ki, keçən il noyabrın 5-də iki Çin vətəndaşı Kəraçidə bir tekstil fabrikində özəl mühafizəçi və digər şəxs tərəfindən güllələnib və yaralanıb. O zaman müstəntiqlər bunun məqsədyönlü hücum olduğundan şübhələnirdilər.

İnsidentdən sonra Pakistan Xarici İşlər Nazirliyi terror aktının araşdırıldığını bildirərək, hökumətin ölkədəki Çin vətəndaşlarının, layihələrinin və qurumlarının təhlükəsizliyi ilə bağlı zəmanətə sadiq olduğunu bildirib. Hadisədən sonra qaçan mühafizəçinin yeri müəyyən edilib. Pakistan DİN-in Terrorla Mübarizə Departamentinin baş müfəttişi Azad Xan bildirib ki, keçən ilin noyabrında Çin mühəndislərinə hücumu təşkil edən terrorçular Kəraçinin Manqopir bölgəsində keçirilən əməliyyat zamanı öldürülüb.

Qəzet yazır ki, əvvəllər də - 2022 və 2024-cü illərdə terrorçu qruplaşma Çin vətəndaşlarını hədəf alıb.

Çin vətəndaşlarına qarşı zorakılığın artması Pekinin təhlükəsizliklə əlaqədar narahatlığını, xüsusən də Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) layihələrində irəliləyişlə bağlı bədbinliyi artırıb. Rəsmi İslamabad bununla bağlı polisə daha fəal antiterror tədbirləri həyata keçirməyi tapşırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM