satellite   Azerspace-1: 11135 H 30000

Saxalində sərnişin təyyarəsi qəza enişi edib

Saxalində sərnişin təyyarəsi qəza enişi edib

Cənubi Saxalinsk - Sovetskaya Qavan reysini yerinə yetirən DHC-6-400 təyyarəsi havaya qalxdıqdan bir müddət sonra qəza enişi edib, xəsarət alan olmayıb.

NTV TASS-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

"Bu gün "Tayqa" aviaşirkətinin Cənubi Saxalinsk - Sovetskaya Qavan reysini həyata keçirən DHC-6-400 təyyarəsi texniki nasazlıq səbəbindən qəza enişi edib. Havaya qalxdıqdan bir müddət sonra nasazlıq aşkar edən ekipaj təyyarənin geri qayıtmasına qərar verib. Eniş uğurla həyata keçirilib", - məlumatda deyilir.

Təyyarədə 14 sərnişin, o cümlədən 4 yetkinlik yaşına çatmayan şəxs olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM