satellite   Azerspace-1: 11135 H 30000

Tramp: ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər

Tramp: ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Avropa ölkələri ilə birlikdə Ukraynaya təhlükəsizlik zəmanəti təklif etməsi imkanının mövcud olduğunu açıqlayıb.

NTV-nin məlumatına görə, bu barədə o, Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşə gedərkən təyyarədə jurnalistlərə deyib. Lakin o, bu zəmanətin NATO şəklində olmayacağını bildirib.

O, sülh sazişinin bir hissəsi kimi Putinə torpaq güzəştə gedib-getməyəcəklərinin ukraynalıların ixtiyarında olacağını deyib. “Düşünürəm ki, onlar düzgün qərar verəcəklər. Mən burada Ukrayna üçün danışıqlar aparmaq, onları masa ətrafına yığmağa gəlmişəm”, - deyə Tramp əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM