satellite   Azerspace-1: 11135 H 30000

Mançester hava limanında iki təyyarə toqquşub

Mançester hava limanında iki təyyarə toqquşub

Böyük Britaniyanın Mançester hava limanında iki təyyarənin uçuş zolağında qanadlarının toqquşması nəticəsində reyslərdə gecikmələr yaranıb.

NTV BBC-yə istinadla xəbər verir ki, Mançesterdən Cəbəllütariq istiqamətində uçan reys ilə Paris Şarl de Qoll hava limanına yollanan reys taksi hərəkəti zamanı bir-birinə toxunub.

Toqquşmadan sonra hava limanında bütün uçuşlar qısa müddətə dayandırılıb, zədələnmiş təyyarələrdə təhlükəsizlik yoxlaması aparılıb. Mançester hava limanı fəaliyyətini bərpa edib.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM