satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələdə 729 tikiliyə ciddi ziyan dəyib

Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələdə 729 tikiliyə ciddi ziyan dəyib

Avqustun 10-da Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində dəyən zərərin hesablanması işləri başa çatıb. Hesablamalara əsasən yeraltı təkanlar nəticəsində ümumilikdə 729 tikilinin ağır zədələr aldığı müəyyən olunub.

NTV xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

Onun sözlərinə görə, yeraltı təkanlar zamanı Balıkesirdə 624 tikili, zəlzələdən təsirlənən Manisada isə 105 tikili ağır zədələnib. Nazir qeyd edib ki, ağır zədələnmiş binalar vaxt itirilmədən söküləcək və yenidən tikinti işlərinə başlanılacaq. ilkin mərhələdə Sındırgıda may ayında inşası başa çatdırılaraq 100 evin istifadəyə verilməsi planlaşdırılır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM