satellite   Azerspace-1: 11135 H 30000

Asiya-Sakit okean regionunda ən böyük hərbi təlimlər başlayıb

Asiya-Sakit okean regionunda ən böyük hərbi təlimlər başlayıb

İndoneziya və ABŞ Asiya-Sakit okean regionunda sabitliyin təmin edilməsinə yönəlmiş birgə hərbi təlimlərə başlayıblar.

Bu barədə NTV “Channel News Asia”ya istinadən xəbər verir.

Məlumata görə, təlimlərə 4 100-dən çox indoneziyalı və 1 300 amerikalı hərbçi, həmçinin Avstraliya, Yaponiya, Sinqapur, Fransa, Yeni Zelandiya, Böyük Britaniya və digər ölkələrdən iştirakçılar qatılacaqlar.

Proqrama qərargah təlimləri, kibermüdafiə təlimləri və döyüş atışları daxildir.

ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit okean komandanlığının komandanı Samuel Paparo bildirib ki, builki təlimlər tarixdə ən böyük “Super Garuda Shield” təlimləridir.

ABŞ və Avstraliya kimi bəzi müttəfiqlər Çinin Sakit okean regionundakı fəaliyyətindən narahatlıqlarını ifadə edirlər, lakin Vaşinqton daha əvvəl bildirib ki, bu cür təlimlər Pekinə qarşı yönəlməyib.

Neytral siyasət yürüdən İndoneziya həm ABŞ, həm də Çinlə münasibətlərdə balansı qorumağa çalışır.

Təlimlərin bir həftədən çox davam edəcəyi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM