satellite   Azerspace-1: 11135 H 30000

Tramp Əhməd Əl Şaraanı Ağ Evdə qəbul edəcək

Tramp Əhməd Əl Şaraanı Ağ Evdə qəbul edəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı qəbul edəcək.

NTV xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Baraka istinadla məlumat yayıb.

Məlumata görə, Vaşinqtona səfəri çərçivəsində Əl-Şaraa Suriyanın ABŞ-ın rəhbərlik etdiyi “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədləri imzalayacaq.

Tom Barak, həmçinin bildirib ki, Əl Şaraa və Trampın görüşündən sonra Suriya ilə İsrail arasında danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM