satellite   Azerspace-1: 11135 H 30000

Luvr soyğunçuluğu işi üzrə həbs edilən 5 nəfərdən ikisinə qarşı ittiham irəli sürülüb

Luvr soyğunçuluğu işi üzrə həbs edilən 5 nəfərdən ikisinə qarşı ittiham irəli sürülüb

Paris məhkəməsi bu yaxınlarda Luvr soyğunçuluğu işi üzrə həbs edilən 5 nəfərdən ikisini (qadın və kişi) ittiham edib.

NTV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, 3 nəfər sərbəst buraxılıb.

"Bir qadın və bir kişi Luvrdan 102 milyon dollar dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı istintaqa rəsmi şəkildə cəlb edilib", - Paris prokuroru şənbə günü bildirib.

Onun sözlərinə görə, polisə əvvəlki oğurluqlardan tanış olan 37 yaşlı kişi mütəşəkkil oğurluq və qabaqcadan əlbir olmaqda ittiham olunub.

Bununla da bu iş üzrə rəsmi ittiham irəli sürülən şəxslərin ümumi sayı dördə çatıb. Daha iki nəfər şənbə günü, oktyabrın 25-də saxlanılıb, oktyabrın 29-da isə rəsmi ittiham irəli sürülüb.

Onlar Fransada yaşayan 34 yaşlı Əlcəzair vətəndaşı (onun şəxsiyyəti qaçış zamanı istifadə edilən skuterdə aşkar edilən DNT izləri sayəsində müəyyən edilib) və Paris ətrafında yaşayan 39 yaşlı taksi sürücüsüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM