satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər ölüb, 140-dan çox insan yaralanıb.

NTV-nin məlumatına görə, bu barədə "Afghanistan International" Milli Olimpiya Komitəsinin, "Taliban" hökumətinin Bədən Tərbiyəsi və İdman İdarəsinin sədri Maulvi Əhmədullah Vasiqin feysbukdakı açıqlamasına istinad edib.

Məmur qeyd edib ki, ən böyük dağıntı və itkilər Samanqan və Balx əyalətlərinin şimalında, xüsusən də Daşkurqan şəhərində qeydə alınıb.

"Zəlzələnin yeraltı təkanları çox güclü olub və ölənlərin sayı arta bilər", - Əhmədullah Vasiq yazıb.

Xatırladaq ki, Bakı vaxtı ilə saat 00:28-də Əfqanıstanın şimalındakı Balx əyalətində, Məzari-Şərifdən 45 km cənub-şərqdə 6,3 maqnitudada zəlzələ qeydə alınıb.

Xatırladaq ki, Əfqanıstanda 2025-ci ilin avqust ayında da 6 maqnitudada zəlzələ baş verib. Təbii fəlakət 2 200-dən çox insanın həyatına son qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM