satellite   Azerspace-1: 11135 H 30000

Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitləşib

Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitləşib

Tacikistan-Əfqanıstan sərhədində silahlı hücumdan sonra vəziyyət sabitləşib.

NTV xəbər verir ki, bu barədə Tacikistan KİV-i ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinə istinadən məlumat yayıb.

Daha əvvəl Milli Təhlükəsizlik Dövlət Komitəsi Əfqanıstanla sərhəddə atışma nəticəsində iki Tacikistan sərhədçisinin həlak olduğunu bildirmişdi.

"Terrorçular qeyri-qanuni olaraq sərhədi keçib sərhəd məntəqəsinə hücum etməyə çalışıblar. Onlar sərhədçilərin təslim olmaq əmrlərinə tabe olmayıb və müqavimət göstəriblər. Döyüş əməliyyatı nəticəsində üç terrorçu zərərsizləşdirilib", - bildirilib.

12:23

"Taliban" rəhbərliyi Tacikistanla sərhəddə təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər görməlidir.

NTV Tacikistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, terrorçular sərhədi qanunsuz keçərək sərhəd məntəqəsinə hücum etməyə cəhd göstərib. Bu, son ay ərzində dövlət sərhədində üçüncü silahlı hücum hadisəsidir. Onlar sərhədçilərin təslim olmaq əmrinə tabe olmayaraq müqavimət göstəriblər.

"Döyüş əməliyyatı nəticəsində üç terrorçu öldürülüb. Onlardan silahlar, partlayıcı maddələr və döyüş sursatları müsadirə edilib. Sərhəd qoşunları "Taliban" rəhbərliyinin Tacikistan xalqından üzr istəyəcəyinə və sərhəddə təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər görəcəyinə ümid edir", - qurumdan əlavə ediblər.

10:12

Tacikistan-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.

NTV xəbər verir ki, bu barədə TASS Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər var.

Qeyd edək ki, Tacikistan və Əfqanıstan 1,3 min kilometr uzunluğunda ümumi sərhədə malikdir. Bunun 1,1 min kilometrdən çoxu su, təqribən 190 kilometri isə quru sərhədidir.

Əməliyyat nəticəsində Tacikistanın Əfqanıstanla həmsərhəd olan Xatlon vilayətinin Şamsiddin Şohin rayonunda sərhədi qanunsuz keçən üç terrorçu zərərsizləşdirilib. Tacikistan sərhəd xidmətinin iki əməkdaşı həlak olub.

Dövlət Komitəsindən bildirilib ki, hazırda Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM