satellite   Azerspace-1: 11135 H 30000

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

NTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Kamboca Krallığının poçt və telekommunikasiyalar naziri ilə görüşüb. 

Əsas məqsəd "ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı görüləcək işləri, fəaliyyət istiqamətlərini müzakirə etmək olub. 
 
Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kamboca Krallığının Poçt və Telekommunikasiyalar Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində "ASAN xidmət" təcrübəsinin tətbiqini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM