Hörmüz boğazı ətrafındakı vəziyyət qlobal bazara gündəlik 6-7 milyon barel neft tədarükünə mane olur.
NTV xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Vesti” xəbər agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, tədarükdə yaranan fasilələr neft bazarında tələb və təklif arasında disbalans yaradır və qiymət dəyişkənliyini artırır.
Novak qeyd edib ki, neft qiymətlərindəki artımın böyük hissəsi yükdaşıma və sığorta xərclərinin bahalaşması ilə kompensasiya olunur. Bəzi marşrutlarda bu xərclər 5-10 dəfə artıb.
O əlavə edib ki, OPEC+ ölkələrinin nazirləri vəziyyəti birgə izləmək və neft bazarını sabitləşdirmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək barədə razılığa gəliblər.
