satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

Türkiyə Cümhuriyyətinin ilk illərində Böyük Millət Məclisinin (parlament) toplandığı tarixi binada oktyabrın 13-də bayram tədbiri keçiriləcək. Tədbirdə Ankaranın ölkənin paytaxtı elan edilməsinin 103-cü ildönümü qeyd olunacaq.

NTV  xəbər verir ki, Ankara valisi tədbir iştirakçılarını paytaxt bölgəsi sakinlərinin Cümhuriyyətin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün rəhbərliyi ilə milli azadlıq mübarizəsinə verdikləri töhfələr barədə məlumatlandıracaq.

Tədbirlər proqramına görə, Ankaradakı bir neçə mərkəzi yol və prospekt müvəqqəti olaraq bağlanacaq.

Paytaxtın İstanbuldan Ankaraya köçürülməsi haqqında qanun 13 oktyabr 1923-cü ildə qəbul edilib və Anadoluda dövlət qurumlarının formalaşmasına təkan verib.

Təqribən 6 milyon əhalisi olan paytaxt Türkiyə Cümhuriyyətinin strateji qərar qəbuletmə mərkəzi olaraq qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM