satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 424 şəxs saxlanılıb

Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 424 şəxs saxlanılıb

Türkiyənin 63 vilayətində narkotik maddələrin qanunsuz dövriyyəsi, satışı və ya saxlanmasında şübhəli bilinən 424 nəfər saxlanılıb.

NTV xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın sözlərinə görə, son iki həftə ərzində keçirilən əməliyyatlarda 15 minə qədər hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib, 1,3 tondan çox narkotik maddə, eləcə də 180 min psixotrop həb müsadirə olunub.

Nazir bildirib ki, saxlanılan şəxslərdən 162 nəfəri məhkəmə qərarı ilə həbs edilib.

Yerlikaya narkotik qaçaqmalçılarına qarşı mübarizənin tam qətiyyətlə davam edəcəyinə əminliyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Almaniyada inflyasiya artıb

09:04 31.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM