satellite   Azerspace-1: 11135 H 30000

Yəməndə Cənub Keçid Şurasının lideri yoxa çıxıb

Yəməndə Cənub Keçid Şurasının lideri yoxa çıxıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndəki Cənub Keçid Şurasının rəhbəri Aydarus əz-Zubeydinin qaçaraq gizləndiyini açıqlayıb.

NTV xəbər verir ki, “Reuters” agentliyinin koalisiyaya istinadla yaydığı məlumatına görə, Aydarus əz-Zubeydi Yəmənin cənubunda münaqişənin həllini müzakirə etmək üçün keçirilən forumda iştirak edəcəyi Ər-Riyada uçmalı idi, lakin o, hava limanına gəlməyib. Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən separatçı hərəkatın liderinin harada olduğu məlum deyil.

Yanvarın 2-də Cənub Keçid Şurası ikiillik keçid dövrünün başladığını və nəticədə müstəqil Cənubi Ərəbistan dövlətinin elan ediləcəyini bildirib. Həmin dövlət 1967-ci ildən 1990-cı ilədək mövcud olan Yəmən Xalq Demokratik Respublikasının sərhədləri daxilində yaradılmalı idi.

Qeyd edək ki, böhranın həlli üçün ölkənin cənubunda fəaliyyət göstərən siyasi qüvvələrin iştirakı ilə yanvarın 10-da Ər-Riyadda ümumi konfrans keçirilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Almaniyada inflyasiya artıb

09:04 31.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM