satellite   Azerspace-1: 11135 H 30000

Paris aeroportlarında əlverişsiz hava şəraiti 150-yə yaxın reysin ləğvinə səbəb olub

Paris aeroportlarında əlverişsiz hava şəraiti 150-yə yaxın reysin ləğvinə səbəb olub

 

Şarl de Qoll adına Paris aeroportunda qar yağması səbəbindən təxminən 100, Orli aeroportunda isə təxminən 40 reys ləğv edilib.

NTV-nin  BMFTV telekanalına istinadən məlumatına görə, bu barədə Fransanın nəqliyyat naziri Filipp Tabaro bildirib.

Onun sözlərinə görə, Parisdə davam edən əlverişsiz hava şəraiti səbəbindən aviareyslərın ləğv edilməsi hələ əvvəlki gündən gözlənilirdi.

Məlumata görə, Fransanın şimal-qərb ərazisinin geniş hissəsində avtomobil, hava və dəmir yolu şəbəkələrinin, eləcə də ictimai nəqliyyatın işində fasilələr müşahidə olunur. 38 departamentdə "narıncı" təhlükə səviyyəsi elan edilib.

Ölkədə ümumi uzunluğu 1 600 kilometrdən çox olan tıxaclar yaranıb, bunlardan təxminən 950 kilometri İl-de-Frans regionundadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM