satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Fransada Zaporojye AES və ərazilər məsələlərini müzakirə edəcəyik

Zelenski: Fransada Zaporojye AES və ərazilər məsələlərini müzakirə edəcəyik

Ukrayna Prezidenti Volodimir Zelenski Fransada keçiriləcək danışıqlarda müharibənin başa çatdırılması üçün əsas çərçivə üzrə ən mürəkkəb, xüsusilə də Zaporojye Atom Elektrik Stansiyası və ərazilərə dair məsələlərin müzakirəsinin gözlənildiyini bildirib.

NTV  xəbər verir ki, o bu barədə öz teleqram kanalında yazıb.

V.Zelenskinin sözlərinə görə, bu gün artıq Ukrayna danışıqlar komandasının Fransadakı işi barədə Rustem Umerovun ilk məruzəsi təqdim olunub. ABŞ Prezidentinin nümayəndələri ilə növbəti danışıqlar sessiyası keçiriləcək və bu, iki gün ərzində belə danışıqların artıq üçüncü sessiyasıdır.

Prezident vurğulayıb ki, Ukrayna çətin məsələlərdən qaçmır və heç vaxt sülhə maneə olmayacaq: "Sülh layiqli olmalıdır. Bu, tərəfdaşlardan asılıdır - Rusiyanın müharibəni bitirmək üçün həqiqi hazırlığını təmin edəcəklərmi".

Qeyd edək ki, daha əvvəl Parisdə İstəklilər Koalisiyasının görüşündən sonra Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisində beynəlxalq qüvvələrin yerləşdirilməsi niyyəti ilə bağlı bəyannamə imzalayıblar. İştirakçılar həmçinin Kiyevə təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM