satellite   Azerspace-1: 11135 H 30000

İspaniyada qar fırtınası nəqliyyatın hərəkətini iflic edib

İspaniyada qar fırtınası nəqliyyatın hərəkətini iflic edib

İspaniyada yağan güclü qar 40 avtomobil yolunda nəqliyyatın hərəkətində fasilələrə səbəb olub, ağır nəqliyyat vasitələrinin və avtobusların hərəkətinə məhdudiyyətlər tətbiq edilib.

NTV xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

İspaniyada əlverişsiz hava şəraiti səbəbindən səkkiz avtomobil yolunun bəzi hissələri bağlıdır, Leon və Astorqadakı yollarda məhdudiyyətlər qüvvədədir.

Qvadalaxara əyalətində (Kastilya-La Mança) şiddətli soyuqlar səbəbindən qırmızı təhlükə səviyyəsi elan edilib, minimum temperatur -14 dərəcəyə enib. Beş yaşayış məntəqəsində güclü qar səbəbindən sarı təhlükə səviyyəsi (aşağı risk) elan edilib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM