satellite   Azerspace-1: 11135 H 30000

“Ford”un ABŞ-dakı satışları ötən il 6 faiz artıb

“Ford”un ABŞ-dakı satışları ötən il 6 faiz artıb

ABŞ avtomobil istehsalçısı “Ford” ötən il ölkədə avtomobil satışlarını 6 faiz artıraraq 2019-cu ildən bəri ən yüksək illik satış göstəricisinə nail olub.

NTV xəbər verir ki, hesabat dövrü ərzində “Ford”un bazardakı payı 0,6 faiz artaraq 13,2 faizə yüksəlib.

Bildirilib ki, ötən il “Ford”un ABŞ-da ümumi avtomobil satışı 2 milyon 204 min 124 ədədə çatıb.

Məlumatda satışların artmasında yük avtomobillərinə (pikaplara) və hibrid nəqliyyat vasitələrinə olan tələbatın mühüm rol oynadığı qeyd olunub. Eyni zamanda, şirkətin elektromobil satışları ötən il 14,1 faiz azalıb, hibrid avtomobil satışları isə 21,7 faiz artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM