satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda son 24 saat ərzində qar uçqunları zonasında 87 nəfər xilas edilib

Qazaxıstanda son 24 saat ərzində qar uçqunları zonasında 87 nəfər xilas edilib

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri son 24 saat ərzində qar uçqunları zonasında altı uşaq da daxil olmaqla 87 nəfəri xilas ediblər.

NTV Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hava şəraitinin pisləşməsi, qar fırtınası, buzlu hava, güclü külək səbəbindən 10 nəqliyyat vasitəsi də qar yığınları olan ərazilərdə qalıb. Onların hamısı xilas edilib.

İctimaiyyətə pisləşən hava şəraiti və yolların bağlanması barədə fırtına xəbərdarlıqları, SMS mesajları, Fövqəladə Hallar Nazirliyinin, onun regional şöbələrinin veb-saytları və sosial media vasitəsilə məlumat verilib. Xilasedicilər və polis əməkdaşları təcili axtarış-xilasetmə əməliyyatlarında iştirak ediblər.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi vətəndaşları ehtiyat tədbirləri görməyə, fırtına xəbərdarlıqlarına diqqət yetirməyə və əlverişsiz hava şəraiti zamanı uzun səfərlərdən çəkinməyə çağırır. Kənd yerlərində yaşayan sakinlərə əlverişsiz hava şəraiti zamanı ehtiyatlı davranmaq tövsiyə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM