satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada naməlum şəxslər təyyarəyə silahlı hücum edib, pilotlar ölüb

İndoneziyada naməlum şəxslər təyyarəyə silahlı hücum edib, pilotlar ölüb

İndoneziyada naməlum şəxslər aeroporta eniş etdikdən sonra kiçik kommersiya təyyarəsinə silahlı hücum edib, iki pilot öldürülüb.

NTV "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Polisin nümayəndəsi qeyd edib ki, "Smart Air" şirkətinə məxsus olan təyyarədə 13 sərnişin və iki pilot olub.

Təyyarə bu gün yerli vaxtla günorta saatlarında Cənubi Papua vilayətinin Boven-Diqoel bölgəsindəki Korovai aeroportuna eniş edib.

"Atışma başlayanda pilotlar və sərnişinlər təyyarəni tərk edərək hava limanı yaxınlığındakı meşəlik ərazidə gizlənməyə cəhd ediblər. Pilotlar həlak olub, sərnişinlər sağ qalıb" - o qeyd edib. Nümayəndə əlavə edib ki, hücum edənlərin kimliyini və hücumun səbəblərini hələlik müəyyən etmək mümkün olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM