satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı gün ərzində beş dəfə püskürüb, kül sütunu zirvədən təxminən min metrədək hündürlüyə qalxıb.

NTV İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, ən güclü püskürmə səhər saat 05:36-da qeydə alınıb. Sonuncu püskürmə isə saat 08:06-da baş verib və seysmik aktivliklə müşayiət olunub.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) əhaliyə partlayış mərkəzindən 13 kilometr, həmçinin Besuk Kobokan çayının yaxınlığında, çay yatağından 500 metr aralıda qalmağı tövsiyə edib.

Xatırladaq ki, 3 min 676 metr hündürlüyündə olan Semeru Yava adasının ən yüksək və İndoneziyanın ən aktiv vulkanlarından biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM