satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyanın keçmiş daxili işlər naziri 7 il müddətinə həbs edilib

Cənubi Koreyanın keçmiş daxili işlər naziri 7 il müddətinə həbs edilib

Cənubi Koreya məhkəməsi keçmiş daxili işlər naziri Li Sanq Mini 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyətin elan olunmasındakı roluna görə 7 il müddətinə azadlıqdan məhrum edib.

NTV Cənubi Koreya mətbuatına istinadla xəbər verir ki, məhkəmə keçmiş daxili işlər nazirini ölkədə hərbi vəziyyətin elanındakı roluna, o cümlədən müəyyən media qurumlarına elektrik enerjisi və suyun kəsilməsi əmrlərini verməsinə görə təqsirli bilib.

Prokurorlar keçmiş daxili işlər nazirinə qiyamda mühüm rol oynadığına görə 15 illik həbs cəzası istəyiblər. Amma məhkəmə 7 illik həbs cəzası ilə kifayətlənib.

Qeyd edək ki, Li Sanq Min 2024-cü ildə ölkədə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar olaraq qiyam təşkili cinayət işi üzrə həbs olunan 2-ci sabiq yüksək vəzifəli şəxsdir. Keçmiş Baş nazir Han Dak Su yanvarda sözügedən cinayət işi üzrə təqsirli bilinərək 23 il müddətinə həbs cəzasına məhkum edilib. Sabiq Prezident Yun Sok Yolun məhkəmə prosesi üzrə yekun qərarın isə fevralın 19-da veriləcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM