satellite   Azerspace-1: 11135 H 30000

BMT İP Ukraynada erkən bərpa işlərini dəstəkləyir

BMT İP Ukraynada erkən bərpa işlərini dəstəkləyir

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) Rusiyanın tammiqyaslı hərbi təcavüzünün başlanğıcından bəri Ukraynaya dağıntıların təmizlənməsində dəstək verir. Bu dövrdə 1 milyon ton tullantı təmizlənib ki, bu da ölkənin bərpa səylərində mühüm bir mərhələdir.

NTV xəbər verir ki, BMT İP Çerniqov, Dnepropetrovsk, Xarkov, Xerson, Kiyev, Nikolayev, Sumı və Zaporojye vilayətlərinin 26 rayonunda erkən bərpa işlərini dəstəkləyib.

2026-cı ilin əvvəlinə qədər üç “Empire State” binasına bərabər çəkidə tikinti tullantılarının həcmi təmizlənib və çeşidlənib. Bu, 200-dən çox əraziyə təhlükəsiz girişin bərpasına, eləcə də yaşayış binalarının, məktəblərin, xəstəxanaların və sənaye obyektlərinin təmirinə imkan verib.

Bu işlərin həyata keçirilməsində yerli icmaların cəlb olunmasına böyük diqqət yetirilir və ölkə daxilində 400-dən çox sakin işlə təmin edilib.

Təmizləmə işləri asbest tərkibli materiallar da daxil olmaqla təhlükəli tullantıların təhlükəsiz idarə olunması üçün ciddi protokollara uyğun olaraq həyata keçirilib və təkrar emal üçün sistematik çeşidləməni əhatə edib.

Ukrayna Baş nazirinin yenidənqurma və inkişaf üzrə müavini Aleksey Kuleba BMT İP-in dağıntıların təmizlənməsi səylərində mühüm rolunu vurğulayaraq bildirib: “Ukraynadakı icmalar geniş yayılmış dağıntılarla üzləşməyə davam etdikcə, milyonlarla ton tullantının idarə olunması yerli hakimiyyət orqanları üçün böyük bir yükə çevrilir”.

BMT İP-in Ukraynadakı nümayəndəsi Auke Lutsma qeyd edib: “2026-cı ildə BMT İP yeni nəticələr əldə etməyə çalışacaq, Ukrayna hökuməti ilə birlikdə hərtərəfli, əlaqələndirilmiş və dayanıqlı milli tikinti tullantılarının idarə olunması sistemi yaratmaq istiqamətində səy göstərəcək”.

Dağıntılar təsirlənmiş ərazilərin bərpası və ukraynalıların evlərinə qayıtması yolunda ən ciddi və təcili maneələrdən birinə çevrilib. Dünya Bankı Qrupu, Ukrayna hökuməti, Avropa Komissiyası və Birləşmiş Millətlər Təşkilatı tərəfindən digər tərəfdaşların dəstəyi ilə aparılan təhlilə görə, Ukraynada binalara və infrastruktura birbaşa ziyan 2024-cü ilin sonuna qədər 176 milyard ABŞ dollarına çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM