satellite   Azerspace-1: 11135 H 30000

Almaniya hökuməti NATO Hərbi Komitəsinin sədri vəzifəsinə Bundesverin baş inspektorunu namizəd göstərib

Almaniya hökuməti NATO Hərbi Komitəsinin sədri vəzifəsinə Bundesverin baş inspektorunu namizəd göstərib

Almaniya hökuməti Silahlı Qüvvələrin (Bundesver) baş inspektoru general Karsten Broyerin NATO-nun Hərbi Komitəsinin sədri vəzifəsinə namizədliyini irəli sürüb.

NTV  Almaniyanın “Deutschlandfunk” radiosuna istinadla xəbər verir ki, bu barədə müdafiə naziri Boris Pistorius məlumat verib.

Karsten Broyerin mükəmməl namizəd olduğunu vurğulayan B.Pistorius generalın son illər Almaniyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

NATO-nun Hərbi Komitəsi Alyansın ən yüksək hərbi instansiyası hesab olunur. Komitənin sədri vəzifəsinə seçkilər sentyabrda keçiriləcək. Hazırda bu vəzifəni italiyalı admiral Kavo Draqone tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM