satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan FHN qar yığınları altından 155 nəfəri çıxarıb

Qazaxıstan FHN qar yığınları altından 155 nəfəri çıxarıb

Ötən həftə sonu Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qar yığınları altından dördü uşaq olmaqla 155 nəfəri çıxararaq təxliyə edib, həmçinin 32 nəqliyyat vasitəsi xilas olunub.

NTV Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, xilasetmə əməliyyatları iqlim şəraitinin pisləşməsi, qar fırtınası, buzlu hava, güclü külək və sıfır görünürlük səbəbindən həyata keçirilib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi vətəndaşları ehtiyat tədbirləri görməyə, fırtına xəbərdarlıqlarına diqqət yetirməyə və əlverişsiz hava şəraitində uzun səfərlərdən çəkinməyə çağırır. Kənd yerlərində yaşayan sakinlərə əlverişsiz hava şəraiti zamanı uzun gəzintilərə çıxmamaq tövsiyə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM