satellite   Azerspace-1: 11135 H 30000

Çad Sudanla sərhədini bağlayıb

Çad Sudanla sərhədini bağlayıb

Çad bazar ertəsi günü Sudanla sərhədini bağladığını açıqlayıb.

NTV Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət bunu Sudandakı münaqişə tərəflərinin Çad ərazisinə müdaxilələri və qanun pozuntuları ilə əlaqələndirib.

Rabitə naziri Qasim Şerif bildirib ki, sərhədin bağlanması Çadın sabitliyini qorumaq, vətəndaşları və qaçqınları müdafiə etmək məqsədi daşıyır. Qeyd edilib ki, insanların hərəkəti dayandırılıb, lakin humanitar səbəblər üçün xüsusi istisnalar ola bilər.

Xatırladaq ki, Sudan 2023-cü ildən bəri münaqişə içindədir. Bu döyüşlərdə on minlərlə insan ölüb, milyonlarla insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM