Çexiya Prezidenti Petr Pavel İqor Çerveni ekologiya naziri təyin edərək Andrey Babişin hökumətinin tərkibini tamamlayıb.
NTV xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb. Andrey Babişin kabineti 2025-ci il dekabrın 15-də fəaliyyətə başlayıb. Prezident iki ay ərzində baş nazir və sağ-mərkəzçi “Motoriste” (Avtomobilçilər) partiyasının lideri Petr Matsinko ilə ekologiya naziri postuna namizədlər barədə danışıqlar aparıb. Buna baxmayaraq, Petr Pavel “Motoriste” partiyasının fəxri sədri Filip Turek tərəfindən irəli sürülən namizədi rədd edib.
Hazırkı hökumət koalisiyasındakı partiyalar arasında əldə olunan razılığa əsasən, ətraf mühitin mühafizəsi nazirinin kürsüsü “Motoriste” partiyasına məxsusdur. Çexiya mətbuatının yazdığına görə, İqor Çerveninin təyinatı prezidentlə partiya arasında əldə edilən kompromis nəticəsində mümkün olub.
