satellite   Azerspace-1: 11135 H 30000

BƏƏ ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq

BƏƏ ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq

BƏƏ regional münaqişə fonunda ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq.

NTV “Time Out Dubai”a istinadən xəbər verir ki, BƏƏ hava sahəsinin müvəqqəti bağlanması səbəbindən, bütün daxili və xarici uçuşlar ləğv edilib.

BƏƏ-nin Ümumi Mülki Aviasiya İdarəsi ölkəsinə qayıda bilməyən bütün turistlərin yaşayış xərclərinin dövlət hesabına ödəniləcəyini bildirib.

Qeyd edək ki, hazırda BƏƏ-də regional münaqişə fonunda qalmış turistlər arasında Azərbaycan vətəndaşları da var. Onların xərclərini də BƏƏ hökuməti qarşılayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM