Küveyt səmasında Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus bir neçə qırıcı təyyarə vurulub.
NTV Əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, bu barədə Küveytin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vurulan təyyarələr Küveyt ərazisinə düşüb. Aidiyyəti qurumlar dərhal axtarış-xilasetmə tədbirlərinə başlayıb. Ekipaj üzvləri təxliyə edilərək xəstəxanaya çatdırılıb, onların sağlamlıq vəziyyəti yoxlanılıb və zəruri tibbi yardım göstərilib.
Hərbçilərin vəziyyətinin stabil olduğu diqqətə çatdırılıb.
