Çin Hörmüz boğazı və ona bitişik suların mal və enerjidaşıyıcıları üçün vacib beynəlxalq ticarət kanalları olduğunu bildirib və müvafiq tərəfləri gərginliyin daha da artmasının qarşısını almaq üçün hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
NTV xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bu sözləri brifinqdə səsləndirib.
Çin-in XİN rəsmisi bütün tərəfləri münaqişənin daha da yayılmasının qarşısını almağa çağırıb. Bildirib ki, ABŞ və İsrail BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan İrana qarşı hərbi hücumlar həyata keçiriblər ki, bu da beynəlxalq hüququ pozur.
“Çin hesab edir ki, bütün Körfəz ölkələrinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə tam hörmət edilməlidir”, - deyən Mao Nin əlavə edib ki, rəsmi Pekin münaqişənin qonşu ölkələrə təsirindən dərin narahatdır.
