Rusiya Federasiyası vətəndaşlarının növbəti qrupunun İrandan Azərbaycana keçidi təmin edilib.
NTV xəbər verir ki, müvafiq prosedurlardan sonra 15-ə yaxın Rusiya vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə edilərək təhlükəsiz şəkildə ölkə ərazisinə daxil olub.
Bundan başqa, səhər saatlarından başlayaraq 10 Azərbaycan, 5 Çin, 4 Tacikistan və 20-yə yaxın Pakistan vətəndaşının da təxliyəsi həyata keçirilib.
Təxliyə olunan şəxslər sərhəd-keçid məntəqəsində sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçirildikdən sonra xüsusi avtobuslar ilə təyinat yerlərinə yönləndiriliblər.
Təxliyə iştirakçıları onlara göstərilən diqqət, qayğı və qonaqpərvərlik üçün Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini bildiriblər.
