satellite   Azerspace-1: 11135 H 30000

Oman sahillərində neft tankerinə hücum zamanı 1 nəfər ölüb

Oman sahillərində neft tankerinə hücum zamanı 1 nəfər ölüb

Oman sahillərində neft tankerinə pilotsuz qayıq vasitəsilə hücum olunub. Hadisə Maskat sahillərindən 52 dəniz mili məsafədə qeydə alınıb.

NTV Əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, hücum tanker Omanın ərazi sularından keçərkən baş verib.

Aidiyyəti qurumlar dərhal araşdırmalara başlayıb və gəmi heyətinin təhlükəsizliyinin təmin olunması, həmçinin dəniz naviqasiyasının qorunması istiqamətində zəruri tədbirlər görülür.

Məlumatda bildirilir ki, “MKV VYOM” tipli pilotsuz qayıqla həyata keçirilən hücum nəticəsində tankerin mühərrik bölməsində partlayış baş verib və yanğın qeydə alınıb. Gəmi heyətindən 1 nəfər həlak olub. Hadisənin təfərrüatları araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM