satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Sudanda silahlıların hücumu zamanı azı 122 nəfər həlak olub

Cənubi Sudanda silahlıların hücumu zamanı azı 122 nəfər həlak olub

Cənubi Sudanın Ruvenq bölgəsində naməlum silahlı şəxslərin hücumu nəticəsində azı 122 nəfər həlak olub.

NTV yerli mediaya istinadla xəbər verir ki, ölənlərin arasında 82 mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və yaşlılar var.

“Sərhədsiz həkimlər” təşkilatı bildirib ki, ölkədə zorakılığın artması fonunda 291 əməkdaşından 26-sı Lanqin və Piyeridə baş verən son hadisələrdən sonra itkin düşüb. Həmçinin fevralın 3-də hökumət qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində “Sərhədsiz həkimlər”ə məxsus obyekt hədəfə alınıb.

Qeyd edək ki, Lanqin və Piyeri Jongli regionunda yerləşir. Bu ərazidə ötən ilin dekabr ayından hökumət və müxalifət qüvvələri arasında şiddətli toqquşmalar qeydə alınır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM