satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon: ABŞ-yə məxsus üç qırıcı Küveyt üzərində təsadüfən vurulub

Pentaqon: ABŞ-yə məxsus üç qırıcı Küveyt üzərində təsadüfən vurulub

ABŞ-nin əməliyyatlarda İrana qarşı dəstək tapşırıqlarını yerinə yetirən üç "F-15E" qırıcısı Küveyt üzərində təsadüfən vurulub.

NTV xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

"Üç "F-15E Strike Eagle" ABŞ qırıcı-bombardmançı təyyarəsi "Epic Fury" ("Epik Qəzəb") əməliyyatı çərçivəsində tapşırıqları yerinə yetirərkən Küveyt üzərində, ehtimal ki, "dost atəşi" nəticəsində vurulub. İran təyyarələri, ballistik raketlər və pilotsuz uçuş aparatlarının hücumlarının qarşısının alınmasını da əhatə edən aktiv döyüş əməliyyatları zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar səhvən Küveytin hava hücumundan müdafiə sistemi tərəfindən vurulub", - məlumatda bildirilib.

Qeyd edilib ki, ekipajların altı üzvünün hamısı katapult edib və uğurla təxliyə olunublar. Onların vəziyyəti stabil qiymətləndirilir. Küveyt insidenti rəsmən etiraf edib və araşdırmada yardım göstərməyə hazır olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM